Braziliya Müdafiə Nazirliyi Venesuela ilə Qayana arasında ərazi mübahisəsi səbəbindən yaranan gərginlik fonunda ölkənin şimal sərhədinin mühafizəsi üçün əlavə hərbçi göndərmək qərarına gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli xəbər portalı “G1” qurumun bəyanatından çıxarışlar verib.
“Ölkənin şimal sərhəd bölgələrində hərbi mövcudluq artırılıb”.
Venesuela hakimiyyəti dekabrın 3-də Bolivar Respublikasının Essekibo çayının qərbində Qayana ilə mübahisəli əraziyə hüquqlarının müdafiəsi üçün məşvərətçi referendum keçirməyi planlaşdırır.