Əsas məzmuna keç

BQXK: Noyabrın 24-dən Qəzzada 58 girov azad edilib

BQXK: Noyabrın 24-dən Qəzzada 58 girov azad edilib

Noyabrın 24-dən Qəzza zolağından azı 58 azad edilib, daha 85 fələstinli girov təhvil verilərək İordan çayının qərb sahilinə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu RTVI telekanalına müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin () baş direktoru Robert Mardini bildirib.

“BQXK yalnız neytral vasitəçi kimi çıxış edərək, bu şəxslərin ailələrinə təhvil verilməsini asanlaşdırıb”, - R.Mardini deyib.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…