Əsas məzmuna keç

BQXK separatçılara baş çəkdi - 15.01.2025

BQXK separatçılara baş çəkdi - 15.01.2025

Beynəlxalq Qızıl Xaç Komitəsinin () əməkdaşları yanvar ayında Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq BQXK-nın nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “ naziri” Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #xin#bqxk#david
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…