Çətənə kolu yetişdirən şəxs saxlanılıb

Çətənə kolu yetişdirən şəxs saxlanılıb
18.07.2023 09:13
Aa
dəq

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Eyyubov şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yarımçıq tikilidən və bostan bitkilərinin becərildiyi dirrikdən E.Eyyubov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə kolları aşkar edilib.

Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir neçə ay bundan öncə becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Eyyubovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu