Bolqarıstan hökuməti ölkənin silah sənayesi obyektləri və sursat anbarları ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətdən yazılı açıqlama verilib.
Açıqlamada silah sənayesi obyektləri və sursat anbarları ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı, həyata keçirilən tədbirlər çərçivəsində aidiyyəti qurumlardan qarışıq ekspert qruplarının yaradıldığı, qrupların obyektlərə baş çəkəcəkləri və lazımi koordinasiyanın təmin ediləcəyi bildirilib.
İqtisadiyyat və Sənaye naziri Boqdan Boqdanov bu gün Sopot şəhərindəki ölkənin ən böyük silah zavodu VMZ-ni ziyarət edib və tədbirləri araşdırıb.