Boliviya BRİKS-in tərəfdaş ölkəsi olmağa razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a Boliviyanın xarici işlər naziri Selinda Sosa Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində deyib.
Aleksandar Vuçiç: Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq
Ceyms Devid Vens: Biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək
Prezident: Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir
"Bu gün Rusiya xarici işlər nazirindən dəvət aldıq. Bizi BRİKS tərəfdaşı dövlət olaraq dəvət etdilər. Bu dəvətə müsbət cavab verdik", - deyə bildirib.
Diplomatın sözlərinə görə, BRİKS ölkə üçün çoxtərəfli əməkdaşlıq mexanizmlərini, o cümlədən qlobal Cənub ölkələri ilə əməkdaşlıq mexanizmlərini gücləndirmək üçün əlverişli alternativdir.
“Keçmişdə bir çox dövlət ciddi şərtlərlə maliyyələşmədən asılı idi. Bu, dəyişikliyə və sərvətə deyil, yoxsulluğa gətirib çıxardı", - deyə o, qeyd edib.