Operativ Məlumat Mərkəzi

Boksçumuz Avropa Oyunlarında bürünc medal QAZANDI

1 dəq
Paylaş:
Boksçumuz Avropa Oyunlarında bürünc medal QAZANDI
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib. Ardıcıl olaraq, Kevin...

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Azərbaycan təmsilçisi Avropa Oyunlarını bürünc medalla başa vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər