Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Banqladeşdə tarixi dəyişiklik: BNP 20 ildən sonra hakimiyyətə qayıtdı

2 dəq
Paylaş:
Banqladeşdə tarixi dəyişiklik: BNP 20 ildən sonra hakimiyyətə qayıtdı

Banqladeşdə keçirilən parlament seçkilərində böyük siyasi dönüş baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Müxalifətdə olan Banqladeş Millətçi Partiyası (BNP) cümə günü baş tutan səsvermədə parlaq qələbə qazanaraq, təxminən iyirmi illik fasilədən sonra ölkənin idarəçiliyini yenidən ələ alıb.

Partiyanın lideri Rahman ölkənin yeni təyin edilib.

Keçmiş Xalidə Ziyanın oğlu olan Tarique Rahman, uzunmüddətli mühacirətdən sonra ötən ilin dekabrında Dəkkəyə qayıtmışdı. Şeyx Hasina hökumətinin süqutu və aylarla davam edən iğtişaşlardan sonra hakimiyyətə gələn Rahmanı qarşıda çətin tapşırıqlar gözləyir:

  • Siyasi sabitliyin bərpası: Uzunmüddətli qarışıqlıqdan sonra daxili asayişin təmin edilməsi.
  • İqtisadi : sektoru başda olmaqla əsas sənaye sahələrinin yenidən qurulması.
  • İnvestor etimadı: Xarici sərmayəçilərin ölkəyə qayıtması üçün əlverişli mühitin yaradılması.

Seçki Komissiyası rəsmi nəticələrin yaxın saatlarda açıqlanacağını bildirsə də, yeni hökumətin fəaliyyətə başlaması bir neçə gün çəkə bilər. Konstitusiya qaydalarına əsasən, seçki nəticələrini təsdiqləyən rəsmi qəzet bildirişi (gazette notification) dərc edilmədən yeni baş nazir və kabinet üzvləri and içə bilməzlər. Bu prosedura bağlı olaraq andiçmə mərasiminin gələn həftənin əvvəlinə təxirə düşməsi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax