Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzada Şifa xəstəxanasına basqın etməsindən sonra vəziyyəti araşdırmaq üçün bir missiyanın təyin olunacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
İsrailin xəstəxanadan çıxması xəbərini gördüklərini ifadə edən Dujarrik, həmkarlarının missiyaya başlamaq üçün lazımi təhlükəsizlik zəmanətini gözlədiklərini söyləyib.
BMT vəziyyəti qiymətləndirmək üçün Şifa Xəstəxanasına bir qrup göndərəcək
1 dəq