Oktyabrın 7-dən bəri Qəzza zolağında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 89 əməkdaşı öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə qurumun X sosial şəbəkəsindəki mesajında deyilir.
"Bir ay ərzində Qəzza zolağında 89 UNRWA əməkdaşı öldürülüb, ən azı 26 nəfər isə yaralanıb", - hesabatda qeyd olunub.