Operativ Məlumat Mərkəzi

BMT-nin daha 6 əməkdaşı Qəzzada ölüb

1 dəq
Paylaş:
BMT-nin daha 6 əməkdaşı Qəzzada ölüb
Qəzza zolağının mərkəzində yerləşən Nüseyrət qaçqın düşərgəsindəki əl-Cauni məktəbinə endirilən raket zərbələri nəticəsində ümumilikdə 14 nəfərin öldüyü...

BMT daha 6 əməkdaşının İsrailin Qəzza zolağına hücumları zamanı həlak olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzza zolağının mərkəzində yerləşən Nüseyrət qaçqın düşərgəsindəki əl-Cauni məktəbinə endirilən raket zərbələri nəticəsində ümumilikdə 14 nəfərin öldüyü bildirilir.

BMT-nin idarə etdiyi məktəbdən müharibənin davam etdiyi müddətdə sığınacaq kimi istifadə olunub.

İsrail ordusu binada israillilərə qarşı hücum planlaşdıran terrorçuların aşkar edildiyini və bu səbəbdən həmin məktəbin hədəfə alındığını açıqlayıb. Buna baxmayaraq, ölənlərin hamısının mülıki şəxslər olduqları bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər