BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağındakı Əl-Tabiyin məktəbinə raket hücumunu pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dünya təşkilatının prezidentinin ofisi məlumat yayıb.
“BMT-nin baş katibi Qəzza zolağında, o cümlədən qadınlara və uşaqlara qarşı davam edən zorakılığı pisləyir”, - deyə qeyd edilib.
Quterreşin ofisi İsrail Müdafiə Qüvvələrinin təhsil müəssisəsinə hücumunu "dəhşətli" adlandırıb. BMT-nin məlumatına görə, Əl-Tabiyin məktəbi indi yüzlərlə ailə üçün sığınacaq kimi xidmət edir.
Xatırladaq ki, Əl-Tabiyin məktəbinə avqustun 10-da səhər saatlarında hücum edilib. İsrail əsgərləri bildiriblər ki, təhsil ocağında HƏMAS-ın qərargahı yerləşib.
Hücum nəticəsində 100-dən çox insan yaralanıb.