Əsas məzmuna keç

BMT iflas təhlükəsi ilə üz-üzədir

BMT iflas təhlükəsi ilə üz-üzədir

Antoniu Quterreş BMT-nin dərin maliyyə böhranı ilə bağlı həyəcan təbili çaldı. ABŞ-nin borcları ucbatından qurum iyulda iflas edə bilər. Bəs çıxış yolu nədir?

en ru

BMT ciddi nağd vəsait çatışmazlığı ilə üzləşə biləcəyi və fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkə biləcəyi barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, dərinləşən maliyyə böhranının əsas səbəbi ABŞ-nin haqlarıdır.

BMT xəbərdarlıq edib ki, illik milyardlarla dollar məbləğində üzvlük haqları, başda ABŞ olmaqla bəzi ölkələr tərəfindən ödənilməzsə, iyul ayına qədər qurumun xəzinəsi tamamilə boşala bilər və təşkilat maliyyə iflası riski ilə üzləşə bilər.

Maliyyə vəziyyətindəki narahatedici gedişata diqqət çəkmək məqsədilə yanvarın sonunda üzv dövlətlərə məktub göndərən BMT-nin bildirib ki, 2025-ci ili rekord səviyyədə ödənilməmiş borcla başa vurublar:

“Dərinləşən böhran proqramların icrasını təhlükə altına salır və maliyyə iflası riskini artırır. Vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…