Operativ Məlumat Mərkəzi

BMT Fələstinin öz müqəddəratını təyinetmə haqqına yenidən vurğu etdi

2 dəq
Paylaş:
BMT Fələstinin öz müqəddəratını təyinetmə haqqına yenidən vurğu etdi

Birləşmiş Millətlər Təşkilatı Fələstin xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu bir daha təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

BMT Baş Assambleyasının insan hüquqları və humanitar məsələlər üzrə komitəsi Fələstin xalqının müstəqillik və işğaldan azad şəkildə yaşamaq hüququnu heç bir şərtə bağlı olmayan fundamental bir haqq kimi yenidən təsdiqləyən illik qətnaməni qəbul edib.

Qətnamədə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyulunda açıqladığı məsləhətçi rəyə də istinad olunub. Həmin rəydə İsrail işğalının qeyri-qanuni olduğu və dərhal sona yetirilməsi lazım gəldiyi bildirilirdi.

Qətnamə Kanada, Avstraliya, Avropa İttifaqı ölkələri, eləcə də Asiya və Afrikadakı çoxsaylı dövlətlərin də daxil olduğu 164 ölkənin səsi ilə qəbul olunub.

İsrail, ABŞ, Argentina və Paraqvayın da aralarında olduğu 7 ölkə qətnamənin əleyhinə səs verib, 9 ölkə isə bitərəf qalıb.

Etiketlər: BMT Fələstinin öz müqəddəratını təyinetmə haqqına yenidən vurğu etdi

Bu xəbəri paylaş

Oxşar xəbərlər