Almaniyanın keçmiş xarici işlər naziri Annalena Barbok Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2025-2026-cı illər üçün sədri seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Barbok Rusiyanın tələbi ilə BMT Baş Assambleyasında keçirilən gizli səsvermədə 188 səsdən 167-nin səsini toplayaraq BMT-nin 80-ci Baş Assambleyasının sədri seçilib.
Rusiya da Barbokun namizədliyinə qarşı çıxan ölkələr arasında olub, digər 14 ölkə isə “bitərəf” səs verib.
2021-ci ilin dekabrından 2025-ci ilin mayına qədər Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən 44 yaşlı Barbok BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclaslarından əvvəl sentyabrın 9-da vəzifəsinin icrasına başlayacaq.