Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hörmüz boğazının blokadası ABŞ hərbçilərinin itkilərini artıra bilər

2 dəq
Paylaş:
Hörmüz boğazının blokadası ABŞ hərbçilərinin itkilərini artıra bilər

ABŞ tərəfindən boğazının blokadaya alınması hərbçiləri arasında yeni itkilərə səbəb ola bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Boğazın blokadasını təmin etmək üçün ABŞ-dən böyük resurslar tələb olunacaq. Bu vəziyyət hərbçiləri təhlükə altına atır, çünki indiyədək ABŞ İrana qarşı hücumlarını əsasən havadan həyata keçirib.

İranın Amerika gəmilərinə dronlar və katerlərlə hücum edəcəyini vəd etməsini nəzərə alsaq, hərbçilər arasında ölüm hallarının artması riski mövcuddur.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə hücum edərək genişmiqyaslı keçirib. İran rəhbərliyi həmçinin Hörmüz boğazını ABŞ, İsrail və onlara dəstək verən ölkələrin gəmiləri üçün bağlamaq qərarına gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax