Operativ Məlumat Mərkəzi

Blinken İsrailə növbəti dəfə səfər edəcək

1 dəq
Paylaş:
Blinken İsrailə növbəti dəfə səfər edəcək

ABŞ prezidenti Co Bayden Qəzza zolağında hərbi əməliyyatların tezliklə dayandırılmasını gözləyir və yaxın günlərdə ABŞ dövlət katibi Entoni Blinkeni İsrailə göndərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bu barədə Berlinə gəldikdən sonra jurnalistlərə bildirib.

Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülmə münasibətilə təbrik etmək üçün zəng edib.

"Bu müharibəni bitirmək və girovları evlərinə qaytarmağın vaxtı çatıb. Biz bunu etməyə hazırıq. Və mən Blinkeni İsrailə göndərirəm”, - ABŞ prezidenti əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər