ABŞ dövlət katibi Antoni Blinken sabah Nyu-Yorkda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunacaq.
Hazırda Ararat Mirzoyan və Ceyhun Bayramov BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün Nyu-Yorkdadırlar.
Üçtərəfli formatda gözlənilən görüş son üç ayda ikinci olacaq. Hər iki ölkənin yüksək səviyyəli diplomatları sonuncu dəfə NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı görüşüblər.
Blinken bu yaxınlarda Ermənistan və Azərbaycan liderləri ilə telefonla ayrı-ayrılıqda danışıb, bundan sonra tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb.