Operativ Məlumat Mərkəzi

Blinken ABŞ-ın İsrailə silah tədarükünü dayandırmadığını deyib

1 dəq
Paylaş:
Blinken ABŞ-ın İsrailə silah tədarükünü dayandırmadığını deyib
NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında danışan dövlət katibi güclü bombaların yalnız bir...

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın İsrailə silah tədarükünün dayanmadığını açıqlayb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TASS”a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində keçirdiyi mətbuat konfransında danışan dövlət katibi güclü bombaların yalnız bir partiyasının təhvil verilməsinin dayandırıldığını bildirib.

"Bildiyiniz kimi, biz prezident Co Baydenin də münasibət bildirdiyi bir silah dolu yükü, yəni 2000 funtluq (908 kq) bombalarla bağlı məsələni müzakirə edirik. Bu silahların Rəfah kimi insanların sıx məskunlaşdığı ərazilərdə istifadəsi ilə bağlı narahatlıqlarımız var."

Onun sözlərinə görə qalan bütün silahlar həmişə olduğu kimi, yenə də İsrailə göndərilir ki, İsrailin özünü müdafiə etməsi üçün lazım olan hər şeyə malik olduğundan əmin olsunlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər