Operativ Məlumat Mərkəzi

"Birləşdik -2024": Azərbaycan hərbçiləri ştat silahlarının döyüş vəziyyətinə gətirilməsi tapşırıqlarını icra ediblər

1 dəq
Paylaş:
"Birləşdik -2024": Azərbaycan hərbçiləri ştat silahlarının döyüş vəziyyətinə gətirilməsi tapşırıqlarını icra ediblər

Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər