"Birinci qoldan sonra ayağımız açıldı" – Arteta

"Birinci qoldan sonra ayağımız açıldı" – Arteta
02.03.2023 12:20
Aa
dəq

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Everton”la matçdan sonra (4:0) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" BBC-yə istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:

“Oyunun əvvəlində çətinliklər yaşadıq. İlk 25 dəqiqədən sonra futbolçularımın oyunundan məmnun qaldım. Birinci qoldan sonra ayağımız açıldı.

Sehrli anı Bukayo Saka yaratdı. Qalib gəlməyə layiq idik. İkinci hissədə çox yaxşı oynadıq. Daha çox qol vura bilərdik”.

İspaniyalı mütəxəssis komandasının “Mançester Siti”yə məğlubiyyəti (1:3) haqda da fikir bildirib:

“Mançester Siti”yə məğlubiyyətdən sonra yenidən uğurlu çıxış edəcəyimizə şübhə etmirdim. Oyunçularımın qələbə qazanmaq istəyini anlayıram. Onlar hər zaman öyrənmək istəyirlər”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlinə 60 xalla başçılıq edir. “Everton” 21 xalla 18-ci sırada yer alır.

Həftənin ən çox oxunanları

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
DAVAMIN OXU davamın oxu

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu