İxtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu məqamlar hansılardır?

İxtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu məqamlar hansılardır?
17.08.2023 19:55
Aa
dəq

Məlum olduğu kimi, 16-28 avqust tarixlərində abituriyentlərin ixtisas seçimi mərhələsi davam edəcək. 

Təhsil eksperti Rəşad Kazımov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında abituriyentləri diqqətli olmağa səsləyib.

İxtisas qrupları üzrə dəyərləndirmə aparan mütəxəssis qeyd edib ki, bəzi ixtisas qruplarında balların düşəcəyi gözlənilir.

"Bildiyimiz kimi, bu ayın 16-dan 28-ə qədər ixtisas seçimləri mərhələsidir. İxtisas seçimlərində abituriyentin balından asılı olmayaraq populyar ixtisasları önəmsəyirlər. Bu başadüşüləndir. Amma burada ilkin olaraq diqqət edilməlidir ki, əsas məsələ populyar ixtisas seçimi deyil. Abituriyentin istədiyi, özünü görüdüyü, gələcəkdə o ixtisasda çalışmaq qabiliyyətinin imkan verdiyi ixtisasları önəmsəməsidir. İkinci diqqət edilməli olan məqam ödənişli və ya dövlət sifarişi əsasında olmağından asılı olmayaraq, toplanılan bala uyğun ixtisasların seçimidir. 

Ekspert bildirib ki, bu il, birinci qrup üzrə, abituriyentlərin qəbul olma ehtimalı daha yüksəkdir.

"Cari ildə birinci ixtisas qrupu üzrə ayrılan yerlər və ixtisas seçimində iştirak etmək şansı olanların sayı demək olar ki, bərabərdir. Qeyd edə bilərəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən birinci ixtisas qrupu üzrə 14 209 yer ayrılıb. Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı plan yeri ilə demək olar ki, bərabərdir. Birinci qrupda populyar ixtisaslar istisna olmaqla balların düşüməsi müşahidə olunacaq. 

Rəşad Kazımov qeyd edib ki, ikinci qrupda düzgün ixtisas seçimi aparılarsa hər bir abituriyent tələbə adını qazanacaq.

"İkinci qrup üzrə 13 mindən çox yer ayrılmasına baxmayaraq, ixtisas seçimi üçün keçid balını keçən 10 min abituriyent var. Bu isə o deməkdir ki, ikinci qrupda doğru ixtisas seçimi edilərsə, ballar kifayət qədər düşəcək. Yəni, kənarada qalan olmayacaq. Yox, 300-400 bal yığan abituriyent fantastik bal tələb edən ixtisas seçərsə, bu, təbii ki, doğru ixtisas seçimi sayılmayacaq. Abituriyentlərdən bu məsələlərə diqqət yetirməyi xahiş edirik".

Üçüncü qrup üzrə nəticələri dəyərləndirən ekspert qeyd edib ki, bu il ölkə üzrə nəticələr ötən illə müqayisədə çox aşağı olub.

"DİM üçüncü ixtisas qrupunda 16 067 plan yeri ayırıb. Uğur göstəriciləri isə müəyyən qədər azdır. Bu ixtisas qrupunda bəzi istisnalar olmaqla, balların düşəcəyi gözlənilir. Çünki bu il ölkə üzrə nəticələr ötən illə müqayisədə çox aşağı olub. Üçüncü ixtisas qrupda müxtəlif fənlər üzrə müəllimlik və sosial iş həm xanımlar, həm də bəylər tərəfindən tələb olunan sahələrdir. Müəyyən ixtisaslarda durğunluq, həmçinin müəyyən universitetlər üzrə balların bir az artımının müşahidə olunacağı gözlənilir. Bu ixtisaslara tarix, dil və ədəbiyyat, ibtidai sinif, həmçinin 1-ci qrupda olmasına baxmayaraq Riyaziyyat müəllimliyi daxildir. Sözügedən universitetlərə bu ixtisaslar üzrə populyar olan Azərbaycan Dövlət Pedoqoji Universiteti və Bakı Dövlət Universitetinin aid olacağı gözlənilir. Bu ixtisasları seçərkən abituriyentlərdən öz göstəricilərindən yuxarı bal tələb edən yerləri qeyd etməmələri tövsiyə edilir."

Abituriyentlərin narahat olduğu məqamlardan biri də, ixtisasın daha tez seçilməsidir. Ekspert bildirib ki, bunun heç bir fəqri yoxdur.

"Bildirmək istəyirəm ki, 16-28 avqust aralığında ixtisas seçiminin tez və gec olunmasının heç bir fəqri yoxdur. Son gün belə rahatlıqla ixtisas seçimi etmək mümkündür".

Sonda isə ekspert abituriyentlərə balları çatmayan populyar ixtisasları seçməkdən qaçınmağı tövsiyə edib.

Zümrüd Allahverdi
 

Həftənin ən çox oxunanları

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY
DAVAMIN OXU davamın oxu

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
DAVAMIN OXU davamın oxu

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir
DAVAMIN OXU davamın oxu