Əsas məzmuna keç

Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir

Binəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə...

Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" agentliyə istinadən xəbər verir ki, sözügedən yol sahəsində aparılan təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunan təmir işləri vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…