Operativ Məlumat Mərkəzi

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı,...

Aprelin 22-si saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Xaltan, Altıağac, Daşkəsən, Gədəbəy, Qəbələ, Qrız, Şahdağ, İsmayıllı, Oğuzda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 22-si saat 17:45 radələrində Oğuz rayonu Xaçmaz kəndi və Xalxal kəndi ərazisinə diametri 15-17 mm, İsmayıllı rayonuna 5 mm, İsmayıllı rayonu Basqal qəsəbəsinə isə 9 mm olan dolu düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər