Əsas məzmuna keç

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən 8-i günün ikinci yarısından Azərbaycanda hava şəraiti dəyişib. Bu barədə "Operativ Məlumat...

Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən 8-i günün ikinci yarısından Azərbaycanda dəyişib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib.

Şahdağın 3500 metrdən yüksək ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, , Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub.

Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Hava proqnozu

8° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 14° 8° yağış 79%
  2. Sabah Arabir yağış 11° 7°
  3. Birisi gün Az buludlu 13° 8°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…