Əsas məzmuna keç

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı olub

Beynəlxalq Cinayət Məhkəməsi kiberhücumun qurbanı olub

bu barədə məhkəmənin press-relizində deyilir. BCM təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd...

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında məqsədilə edilmiş kiberhücumunun olub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.

BCM təxminən beş həftə əvvəl ciddi insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu əməl məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.

Hadisəni törədəni müəyyən etmək hələlik mümkün olmayıb.

“Mövcud olan məlumatlara əsasən, məhkəmə hazırda hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda üzrə araşdırma aparır”, - press-relizdə deyilir.

Məhkəmə hansısa məlumatın oğurlanıb-oğurlanmadığını açıqlamayıb, lakin bununla bağlı fakt aşkarlanarsa, zərərçəkmişlərlə birbaşa əlaqə saxlanılacağını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…