Azərbaycan Prezidentinin Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz İmran oğlu Əzizov iyulun 9-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Ə.Əzizov ona göstərilən etimada görə minnətdarlıq edib.