Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub

Bərpa olunan enerji mənbələrindən istifadəyə dair Komissiyanın iclası olub
26.07.2024 10:05
Aa
dəq

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Komissiyanın sədri, naziri Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.

Gündəliyə müvafiq olaraq Komissiyanın son iclasından bu günədək görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Daha sonra bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin bp şirkətinin həyata keçirdiyi “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Mərkəzi Bankı, Minatəmizləmə Agentliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.

Həftənin ən çox oxunanları

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq
DAVAMIN OXU davamın oxu

Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Binəqədinin qaz təchizatında fasilə yaranacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib

Azərbaycan 3 ölkə ilə birgə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib
DAVAMIN OXU davamın oxu

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb
DAVAMIN OXU davamın oxu

SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb

SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb
DAVAMIN OXU davamın oxu