Almaniyada hicablı müsəlman qadının Berlin metrosunda irqçi hücuma məruz qaldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada 2022-ci ildə statistikada müsəlmanlara qarşı ən azı 569 cinayət, o cümlədən şifahi və fiziki hücumlar, hədə məktubları və məscidlərə qarşı yandırma hücumları var.
Berlin Polis İdarəsindən verilən açıqlamada ötən həftə baş verən hadisədə 20 yaşlı müsəlman qadının Rathaus Neukölln metro stansiyasında bir şəxs tərəfindən sözlü və fiziki hücuma məruz qaldığı bildirilib.