Bərdədə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
16.05.2023 14:52
Aa
dəq

Bərdə rayonunda nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin müfəttişləri Bərdə rayonu, Qaraağacı kəndində fəaliyyət göstərən fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir sexində yoxlama keçirib. Yoxlama zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Belə ki, müəssisədə temperatur rejiminə əməl edilmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, divar səthlərinin asan yuyulabilən materialla üzlənmədiyi, pəncərələrin qoruyucu torla təmin olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyim qaydasına əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, etiket məlumatlarında məhsulun tərkibi, saxlanma müddəti haqqında məlumatların qeyd edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu