Operativ Məlumat Mərkəzi

Bərdədə keçmiş məhkumdan 7 kq narkotik götürülüb

1 dəq
Paylaş:
Bərdədə keçmiş məhkumdan 7 kq narkotik götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər...

Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər