"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhem karyerasını "Borussiya"da davam etdirməyə razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Dortmund klubuna keçmək üçün qərarını verib.
Futbolçu onunla maraqlanan "Ayntraxt" klubuna başqa komandada çıxışını davam etdirəcəyini bildirib.
Onun üçün "Borussiya"nın təxminən 30 milyon avro ödəyəcəyi qeyd edilir.
Bellinqhem keçən mövsüm "Sanderlend"in heyətində Çempionşipdə 40 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.