Belçika Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın pilotlarına F-16-ları idarə edə bilmələri üçün təlim keçməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Ukraynalı pilotlara müharibədə təyyarələri idarə etmək üçün uçuş təlimi vermək niyyətində olduğunu açıqlayıb.
Bildirilib ki, Belçika hökuməti təlimlərin təşkili ilə bağlı digər Qərb dövlətləri ilə məsləhətləşəcək.