Operativ Məlumat Mərkəzi

Belarusun nəqliyyat naziri vəfat edib

1 dəq
Paylaş:
Belarusun nəqliyyat naziri vəfat edib
məlumatı “BelTA” yayıb. Məlumata görə, nazirin ölümünün səbəbi açıqlanmayıb. Bildirilib ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə...

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “BelTA” yayıb.

Məlumata görə, nazirin ölümünün səbəbi açıqlanmayıb.

Bildirilib ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.

Məlumata görə, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi. O, bu vəzifədə 2012-2022-ci illərdə işləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər