Əsas məzmuna keç

BDYP-dən yük avtomobili sürücülərinə müraciət

BDYP-dən yük avtomobili sürücülərinə müraciət

Yol polisi ağırtonnajlı vasitə sahiblərinə xəbərdarlıq etdi. Magistrallarda qəza yaradan sürət, manevr və yorğunluq xətaları barədə mühüm detallar açıqlandı.

en ru

Baş Dövlət İdarəsi () yük avtomobillərinin sürücülərinə rəsmi çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların yollarda ciddi narahatlıq doğurduğu xüsusi vurğulanıb.

Qeyd olunub ki, həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn axınına yol verilməməsi kimi kobud pozuntuları müşahidə edilir. Bu hallar digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır.

İdarənin açıqlamasında bildirilir: "Nasaz avtomobillərin istismarı, avtomobilin yorğun və yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır".

Müraciətdə vurğulanıb ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır. Qurum sürücüləri yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə dəvət edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…