Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bazar günü 33 dərəcə isti olacaq

1 dəq
Paylaş:
Bazar günü 33 dərəcə isti olacaq

Bakıda iyulun 19-da havanın 38 dərəcə isti gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və yarımadasında yağmursuz olacaq. şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax