Əsas məzmuna keç

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin çağırışında bildirilib. Qeyd olunub ki,...

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin çağırışında bildirilib.

Qeyd olunub ki, “WhatsApp”, “Telegram” və digər platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında müştərilərinin və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

Nazirlik bir daha diqqətə çatdırıb ki, heç bir bank və ya dövlət qurumu telefon, və ya üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.

“Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər. Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir. Bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər”, - çağırışda vurğulanıb.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 36 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 37 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 56 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…