Operativ Məlumat Mərkəzi

Bayden nüvə silahlarının modernləşdirilməsi üçün təxminən 20 milyard dollar istəyib

1 dəq
Paylaş:
Bayden nüvə silahlarının modernləşdirilməsi üçün təxminən 20 milyard dollar istəyib
bu, ölkə konqresmenlərinə təqdim olunan büdcə layihəsindən gedir. Hazırkı varianta əsasən, Vaşinqton bu məhsulun Rusiyadan idxalından asılılığı aradan...

ABŞ prezidenti Co Bayden ABŞ arsenalında olan nüvə silahlarının modernləşdirilməsi üçün Konqresdən təqribən 20 milyard dollar istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, ölkə konqresmenlərinə təqdim olunan büdcə layihəsindən gedir.

Hazırkı varianta əsasən, Vaşinqton bu məhsulun Rusiyadan idxalından asılılığı aradan qaldırmaq üçün aşağı zənginləşdirilmiş uranın alınmasına da 2,2 milyard dollar xərcləməyi planlaşdırır.

Sənəddə deyilir ki, “Milli Müdafiə Strategiyasının həyata keçirilməsi, nüvə qarşısının alınmasının modernləşdirilməsi və Amerika xalqının təhlükəsizliyinin təmin edilməsi üçün” 19,8 milyard dollar lazımdır.

Bu məbləğ 2021-ci il maliyyə səviyyələri ilə müqayisədə 4,5 milyard dollar artım deməkdir.

Vəsait nüvə triadasının modernləşdirilməsinə (dəniz, quru və hava silahları), komanda, idarəetmə və rabitə vasitələrinin təkmilləşdirilməsinə sərf olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər