Operativ Məlumat Mərkəzi

Bayden: Los-Ancelesin bərpası on milyardlarla dollara başa gələcək

1 dəq
Paylaş:
Bayden: Los-Ancelesin bərpası on milyardlarla dollara başa gələcək
bu barədə Ağ Ev məlumat yayıb. Yardıma zibillərin çıxarılması və təcili tədbirlər, o cümlədən birbaşa federal dəstək kimi fəaliyyətlər üçün federal...

Co Bayden fövqəladə tədbirlər üçün Kaliforniya əyalətinə əlavə fəlakət yardımını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Yardıma zibillərin çıxarılması və təcili tədbirlər, o cümlədən birbaşa federal dəstək kimi fəaliyyətlər üçün federal fondlar daxildir.

Məlumata görə, Bayden fövqəladə hallar rəsmiləri ilə görüşdə deyib: “Federal hökumət yanğınsöndürənlərin əlavə iş haqqı, dağıntıların çıxarılması və müvəqqəti sığınacaqlar kimi bütün xərcləri qarşıdakı 180 gün ərzində qarşılasa da, Los-Ancelesin bərpası 10 milyardlarla dollara başa gələcək”.

Bayden bəyan edib ki, Konqres meşə yanğınlarından zərər çəkənlərə kömək etmək üçün vəsait ayırmaq üçün addımlar atmalıdır.

Bayden yanğınlardan zərər çəkmiş insanlara birdəfəlik 770 dollar ödəniləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər