"Bavariya" italiyalı məşqçi ilə maraqlanır

"Bavariya" italiyalı məşqçi ilə maraqlanır
03.05.2024 12:50
Aa
dəq

"Bavariya" yeni baş məşqçi axtarışlarını davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Tuttomercatoweb" portalına istinadla xəbər verir ki, "Bavariya" Roberto de Zerbini ilə maraqlanır. 

Bundesliqa nəhəngi artıq "Brayton"un çalışdırıcısının ətrafı ilə əlaqə saxlayıb.

44 yaşlı mütəxəssisə "Milan" və "Napoli"nin də marağı olduğu bildirilir. İtalyanın "Brayton"la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, "Bavariya"ya mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk edəcək Tomas Tuxel rəhbərlik edir.

Həftənin ən çox oxunanları