Əsas məzmuna keç

Batumidə axtarışda olan azərbaycanlı saxlanıldı

Batumidə axtarışda olan azərbaycanlı saxlanıldı

Gürcüstanın Batumi şəhərində əməliyyat keçirilib. Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşının yaxalanması ilə bağlı təfərrüatlar məlum olub.

en ru

Batumidə (Gürcüstan) İnterpolun qırmızı bülleteni ilə axtarışda olan vətəndaşını saxlayıblar.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir.

Nazirlikdən qeyd edilib ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş verilmə prosedurları həyata keçirilir.

"Acarıstan Kriminal Polisi Mərkəzi İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol xətti ilə axtarışa verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq hərəkətlərinin yekunlarına əsasən axtarışda olan şəxsi Batumidə saxlayıblar", - bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…