Operativ Məlumat Mərkəzi

Başqırdıstanda ticarət mərkəzində yanğın olub, 80 nəfər təxliyə edilib

1 dəq
Paylaş:
Başqırdıstanda ticarət mərkəzində yanğın olub, 80 nəfər təxliyə edilib
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ticarət mərkəzlərindən birində yanğın baş verib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rusiya...

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında ticarət mərkəzlərindən birində yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

İlkin məlumatlara görə,“Ufimskaya küçəsində, “Astrum” ticarət mərkəzinin birinci mərtəbəsində, anbarlardan birində 50 kvadratmetr sahədə əmlak yanır. Yanğınsöndürənləri hazırda yanğını söndürürlər. 80 nəfər, o cümlədən 12 uşaq binadan təxliyə olunub”, - nazirliyin məlumatında qeyd olunur.

Ölən və yaralananlar barədə məlumat verilmir. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər