Operativ Məlumat Mərkəzi

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

1 dəq
Paylaş:
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
günün ilk oyununda "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt...

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk oyununda "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi adını finala yazdırıb.

Günün ikinci matçında "Neftçi" ilə "Sərhədçi" komandası qarşılaşıb. Rəqibinə 91:73 hesabı ilə qalib gələn "ağ-qaralar" həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasında baş tutacaq final matçı aprelin 20-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər