Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.
“Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, - Pərviz Cəlilov vurğulayıb.