Əsas məzmuna keç

Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək

Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək

bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili...

Kamran Əliyev avqustun 15-də, saat 10:00-da rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, , Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt , həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…