“Bavariya”nın prezidenti Herbert Hayner komandanın vingeri Maykl Olise ilə müqavilənin uzadılması ehtimalı barədə danışıb. Bild-in məlumatına görə, klub rəhbəri futbolçunun gələcəkdə sözləşməsini yeniləməsini arzuladığını bildirib.
Haynerin sözlərinə görə, Olisenin Münhen təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, “Bavariya”nın futbolçu satmağa məcbur olmadığını və qərarlarını güclü mövqedən verdiyini vurğulayıb.
Klub prezidenti qeyd edib ki, “Real Madrid”in və ya başqa komandanın Oliseyə maraq göstərməsindən asılı olmayaraq, “Bavariya” öz maraqlarını qoruya bilir. Haynerin fikrincə, klub futbolçulara çox şey təklif etmək imkanına malikdir.
Əvvəl yayılan məlumatlarda “Real Madrid”in yayda Oliseyə maraq göstərdiyi, lakin “Bavariya”nın futbolçu ilə bağlı bütün təklifləri rədd etdiyi bildirilirdi.