Madridin “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo “Barselona” və İspaniya Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ətrafında gedən məhkəmə araşdırmasına münasibət bildirib.
“Əgər sonda heç nə baş verməsə və heç kim real cəza almasa, bu, dünya hakimliyi tarixinin ən böyük qalmaqalı olacaq”, – deyə Mourinyonun sözlərini sosial şəbəkələrdə “El Chiringuito TV” yayıb.
“Neqreyra işi” 2023-cü ilin yazında gündəmə gəlib. Kataloniya klubu 2001-2018-ci illərdə İspaniya hakimlər komitəsinin o vaxtkı vitse-prezidenti ilə əlaqəli şirkətlərə 7 milyon avrodan çox pul köçürməkdə ittiham olunur.
“Barselona” ödənişlərin hakimliklə bağlı hesabatlar üzrə konsultasiya xidmətlərinə görə edildiyini bildirib. İspaniya prokurorluğu isə korrupsiya şübhəsi ilə bağlı araşdırmanı davam etdirir.