Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
10.09.2024 16:45
Aa
dəq

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sentyabrın 10-da Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Abşeron rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla anıb.

Qəbulda iştirak edən 31 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq, işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Həftənin ən çox oxunanları

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
DAVAMIN OXU davamın oxu

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Məişət tullantılarını kənara atanların 7 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin səlahiyyət müddəti ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
DAVAMIN OXU davamın oxu