“Barselona” və “Atletiko” turu qələbə ilə bitirib

“Barselona” və “Atletiko” turu qələbə ilə bitirib
03.11.2024 22:26
Aa
dəq

Futbol üzrə İspaniya La Liqasında XII turun növbəti oyunları keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turnir cədvəlinin lideri “Barselona” doğma meydanda “Espanyol”u 3:1 hesabı ilə məğlub edib. Digər oyunda isə “Atletiko” ( Madrid) “Las Palmas”ın qapısından iki cavabsız top keçirib. Turnir cədvəlinə 33 xalla Kataloniya klubu başçılıq edir. “Real Madrid” 24 xalla 2-ci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə “Atletiko” tamamlayır - 23 xal.

Həftənin ən çox oxunanları