Əsas məzmuna keç

“Barselona” müdafiəçisi Alehandro Balde ilə yollarını ayıra bilər

“Barselona” müdafiəçisi Alehandro Balde ilə yollarını ayıra bilər

Alehandro Baldenin qış transfer pəncərəsində “Barselona”dan ayrılması gündəmə gəlib. Klub futbolçunu icarəyə verməyə hazırdır.

en ru

“”nın cinah müdafiəçisi qış transfer pəncərəsində komandanı tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

Mənbənin məlumatına görə, Baldenin oyun vaxtı ilə bağlı vəziyyət dəyişməsə, 22 yaşlı futbolçu yanvarda klubdan ayrıla bilər. “Barselona” müdafiəçini icarəyə vermək variantını nəzərdən keçirir. Bununla Baldenin forma və oyun ritmini bərpa etməsi, gələn yay isə onunla bağlı yekun qərarın qəbul edilməsi planlaşdırılır.

İspaniya çempionatının cari mövsümündə Balde yalnız bir matçda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Gənc ispaniyalının “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…